"Bütün idman qurğularının açılış mərasimi eyni tarixdə baş tutacaq". "Report"un məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.
O bildirib ki, prezident İlham Əliyev stadionda gedən işlərlə tanış olub: "Artıq işlərin 97 faizi tamamlanıb. Hər hansı idman qurğusunun xüsusi açılış tədbirini gözləmirik. Çünki idman qurğusu hazır olan kimi müvafiq avadanlıqlar quraşdırılacaq. Açılış elə iyunun 12-nə təsadüf edəcək. Ən yaxın tarix budu".
Fanat.az