Bakı Olimpiya stadionunda "namaz ixtisarı"?

Bakı Olimpiya stadionunda "namaz ixtisarı"?
SOCAR və "Tekfen" şirkətinin birgə işlədiyi yeni olimpiya mərkəzində çalışan işçilər namaz qıldıqları üçün işdən çıxarıldıqlarını iddia edib. Fanat.az xəbər verir ki, olimpiya mərkəzində çalışan namaz qılan işçilər bir yerdə namaz qılıb. 
Məhz bundan bir qədər sonra, onların hamısı işdən çıxardılıb. Baş verənlərlə bağlı isə İslam Həmdəmov və Elşən Məmmədov adlı işçilər islamazeri.az saytına açıqlamalarında bu iddia ilə çıxış edib.
Olayla bağlı “Tekfen” şirkətinin türkiyəli əməkdaşı, Hüseyn adlı şəxs kiminsə namaz qıldığına görə işdən çıxarılmasının düzgün olmadığını deyib: "Məgər insanları namaz qıldıqlarına görə işdən çıxarmaq olar? Biz heç kəsi namaza görə işdən uzaqlaşdırmamışıq. Yayılan məlumatlar həqiqəti əks etdirmir".
 
Məsələyə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən də rəsmi açıqlama gəlib. ANS-ə müsahibəsində şirkətin vitse-prezidenti Bədəl Bədəlov fəhlələrin bir yerdə namaz qıldıqlari üçün işdən azad edilməsi barədə yayılan məlumatların düzgün olmadiğını deyib. Şirkətin vitse-prezidentinin sözlərinə görə, dini etiqadina görə heç kəsə qadağa qoyulmur, tikintidə işdən çıxarılmalarin səbəbi isə başqadı: "İşçilərin dini etiqadlarına görə, işdən çıxarılması həqiqətə uyğun deyil. Sadəcə stadionda bəzi işçilər ixtisasları ilə bağlı işlərin dayandırıldığı üçün işdən çıxarılıblar. Stadionun tikintisində 4 minə yaxın insan işləyir, orada 24 saat iş gedir. Yəqin ki, bəzi işlərin yekunlaşması ilə əlaqədar 50-100 nəfər işçi də işdən azad olunacaq".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər