Bakı olimpiya stadionun açılış tarixi məlum oldu

Bakı olimpiya stadionun açılış tarixi məlum oldu

Bakıda tikintisi davam edən Olimpiya Stadionunun istifadəyə veriləcəyi tarix məlum olub. Fanat.az rekord.az-a istinadən xəbər verir ki, arena 2015-ci ilin fevralında istifadəyə veriləcək.

Qeyd edək ki, 65 min tamaşaçı tutumuna malik olacaq stadionun tikintisinin ilkin dəyəri 640 milyon dollar açıqlanıb. Tikintini Türkiyənin "Tekfen" şirkəti həyata keçirir.

Qaynar.info

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər