Bakı Olimpiya Stadionu toy mərasimləri ilə bağlı qərar qəbul etdi

Bakı Olimpiya Stadionu toy mərasimləri ilə bağlı qərar qəbul etdi

Bir müddət öncə idman yarışları ilə yanaşı, toy mərasimlərinin də keçiriləcəyi məkan olaraq gündəmə gələn Bakı Olimpiya Stadionunda intensiv işlər aparılır.

Fanat.Az xəbər verir ki, bu haqda Modern.az-a Bakı Olimpiya Stadionunun PR, Media və Tədbirlər departamentinin rəhbəri Cəmilə Mehdiyeva məlumat verib.

O qeyd edib ki, stadionda toy keçirilməsi üçün müraciətlər olsa belə, artıq qəbul edilmir: “Biz hazırda millimizin yarışlarına hazırlaşırıq. “Qarabağ” klubunun oyunları da burada keçiriləcək. Avropa liqası və Çempionlar liqasının finalının burda keçirilib-keçirilməyəcəyilə bağlı konkret cavab gözləyirik. Böyük planlarımız var, işlərimiz çoxdur”.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər