Bakı klubunun üzvü Almaniyaya gedir

Bakı klubunun üzvü Almaniyaya gedir
"İnter"in futbolçusu Sezar Meza Kolli zədə səbəbindən bir müddətdi meydana çıxa bilmir. Fanat.az xəbər verir ki, Paraqvay əsilli italyan futbolçu cərrahiyə əməliyyatı olunacaq.
"Neftçi" ilə kubok matçında zədələnən oyunçu bu məqsədlə Almaniyaya yollanacaq. Onun yaşıl meydanlara nə vaxt dönəcəyi bəlli deyil.
Qeyd edək ki, "İnter"ə İtaliyanın "Cesena" klubundan gələn Cesar Bakı klubunun heyətində 18 oyuna çıxıb və 744 dəqiqə oynayıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər