Bakı klubunun prezidenti: "Futbolçularımız toyda çox içib"

Bakı klubunun prezidenti: "Futbolçularımız toyda çox içib"
Son vaxtların ən çox gündəmdə olan komandası “Bakılı”dı. “Şahdağ”la səfər oyununa avtobusun remeninin qırılması səbəbindən gedə bilməyən klubda ümumi vəziyyət heç də yaxşı deyil. Məsələ burasındadı ki, komandada maaşlar verilmir. Ona görə də futbolçular məşqə çıxmaqdan imtina edir.
Bütün bunlara aydınlıq gətirmək üçün “Bakılı” klubunun prezidenti Misir Əbilovla əlaqə saxladıq. Əbilovun məsələyə münasibəti belə oldu: “Nə vəziyyət? Komanda oyuna getmədiyi üçün deyirsən? Hər şey normaldı. Sadəcə, uşaqlar toyda olublar, çox içiblər. Getdim gördüm möhkəm vurublar. Mən də dedim ki, vəssəlam, geri. Belə nə isə.. Bilirəm ki, remen qırılıb. Ədahim (baş məşqçi Ədahim Niftəliyev nəzərdə tutulur) mənə dedi. Çoxdandı getmirəm ora, komandadan xəbərim yoxdu. Komandada maliyyə problemi var, uşaqlar ona görə məşq etmir? Guya məşqə gəlib nə p... yeyəcək? Oldu, davay, sağ ol...”
futbol11.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər