Bakı klubunun futbolçuları hələ də maaşlarını ala bilməyiblər

Bakı klubunun futbolçuları hələ də maaşlarını ala bilməyiblər

Bakı klubunun futbolçuları ötən mövsümün aprel və may aylarının maaşlarını hələ də almayıblar.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, söhbət 1-ci Liqa təmsilçisi "Baku Sportinq"in oyunçularından gedir.

Belə ki, bir neçə oyunçu ilə yanaşı, klubun bəzi əməkdaşları da rəhbərliyin verdiyi yalan vədlərdən təngə gəliblər. Sözügedən şəxslər dəfələrlə paytaxt klubunun idarəçiləri ilə əlaqə saxlasalar da, "veriləcək" cavabından başqa bir şey eşitməyiblər və bu səbəbdən vəziyyətdən çıxış yolunu AFFA-ya şikayət etməkdə görürlər.

Xatırladaq ki, "Baku Sportinq"in çalışdırıcısı Röyal Nəcəfov mövsüm başa çatandan sonra postunu tərk edib. Komanda daha öncə köməkçi məşqçi qismində fəaliyyət göstərən Samir Ələkbərova tapşırılıb.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər