Bakı klubundan ayrılan braziliyalı bölgə komandasına qoşulmağa yaxındır

Bakı klubundan ayrılan braziliyalı bölgə komandasına qoşulmağa yaxındır

1-ci Liqa təmsilçisi "Baku Sportinq"dən ayrılan hücumameyilli yarımmüdafiəçi Pablo Enrikenin yeni iş yeri müəyyənləşmək üzrədir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, 25 yaşlı futbolçu böyük ehtimalla, yeni mövsümə digər 1-ci Liqa komandasında başlayacaq. 

Braziliyalı legioner karyerasını "Karvan-Yevlax"da davam etdirməyə yaxındır.

Xatırladaq ki, geridə qalan mövsümdə 1-ci Liqadakı mübarizəni 4-cü pillədə başa vuran "Baku Sportinq" çalışdırıcısı Röyal Nəcəfov postundan ayrılıb. Komanda qarşıdakı "futbol ili"nə Samir Ələkbərovun rəhbərliyi altında hazırlaşacaq.

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər