AZAL baxışa daha bir futbolçu çağırıb. Fanat.az xəbər verir ki, Tərlan Əhmədov polşalı Mateuş Staporskini baxışdan keçirir. 26 yaşlı yarımmüdafiəçi ilə bağlı qərar yaxın günlərdə veriləcək.
Staporski Polşanın "Korona" klubuna məxsusdu. O, qış fasiləsində icarəyə verildiyi "Podbeskidzi" (Bielsko-Biala) klubunun heyətində 7 oyuna çıxıb, 296 dəqiqə oynayıb və 1 qol vurub. Mateuş əvvəllər Polşanın "UKS SMS Lodz", "Zdroy", "GKS Belxatov", "Flota", "Ostrovieç" və "LKS Lodz" klublarında oynayıb.
Fanat.az