Bakı klubuna Nigeriya və Qanadan oyunçu gəlir

Bakı klubuna Nigeriya və Qanadan oyunçu gəlir
AZAL-ın baxışa çağırdığı iki futbolçu müəyyənləşib. Fanat.az xəbər verir ki, baş məşqçi Tərlan Əhmədov Daniel Addo və Nnaemeka Acurunu sınaqdan keçirəcək.
Daniel Addo dayaq yarımmüdafiəçisi və mərkəz müdafiəçisi mövqelərində oynayır. 27 yaşlı qanalı futbolçu vətənində "Kessben" və "Hearts of Oak" klublarında oynayıb. 2008-ci ildə Türkiyənin "Gənclərbirliyi" klubna transfer olunan Daniel 2009/10 mövsümndə "Hacettepespor"a icarəyə verilib. 2010-2012-ci illərdə İsraildə - Petax Tikva "Hapoel"ində oynayan Addo ötən il Ramat Qan"Hapoel"inə keçib. O, bu komandada 9 oyuna çıxıb və 522 dəqiqə oynayıb. Futbolçu 2008-ci ildə Qana millisinin təlim-məşq toplanışına çağırılsa da, debüt etməyib.
Nnaemeka Acuru də yarımmüdafiəçidi. 27 yaşlı nigeriyalı vətənində "Zamfara"nın formasını geyinib və 2004-cü ildə Serbiyaya üz tutub. O, ölkədə "Yavor", "Metalats" və "Voyvodina"nın şərəfini qoruyub. Acurunun son iş yeri Gürcüstanın "Zestafoni" klubu olub - 17 oyun, 1511 dəqiqə.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər