Bu gün qadın voleybolçular arasında CEV kubokunun 1/8 final mərhələsinin ilk oyunları keçirilib. Fanat.az xəbər verir ki, "Lokomotiv" İsrailin "Hapoel" klubunu qəbul edib.
Bundan əvvəl Çexiyanın "Brno" klubunu mübarizədən kənarlaşdıran Bakı təmsilsisi israillilərlə oyunda 3:0 hesablı qələbə qazanıb. Cavab oyunu dekabrın 11-də İsraildə keçiriləcək.
Qeyd edək ki, CEV kubokunun 1/8 finalında digər Bakı təmsilçisi "Azərreyl" ilk matçında Çexiyanın "Olomouts" klubuna 3:0 hesabı ilə qalib gəlib.
CEV kuboku
1/8 final
İlk oyun
5 dekabr
Lokomotiv (Azərbaycan) - Hapoel (İsrail, Kfar Saba) 3:0 (25:16; 25:19; 25:14)
Hakimlər: Aleksandr Pavlov (Rusiya), Andrey Kovalçuk (Ukrayna).
Bakı, Voleybol Mərkəzi.
Fanat.az