Bakı klubu Kuba təmsilçisinə uduzdu

Bakı klubu Kuba təmsilçisinə uduzdu
Bu gün “Sərhədçi” İdman Olimpiya Mərkəzində Ümumdünya Boks Seriyasının (WSB) 2013/14 mövsümünün final mərhələsinin ilk görüşü keçirilib. Fanat.az xəbər verir ki, həlledici qarşılaşmada Azərbaycanın “Baku Fires” klubu Kubanın “Cuba Domaderos” komandası ilə üz-üzə gəlib.
Görüş kubalıların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da “Cuba Domaderos” uğurlu seriyasını davam etdirib. Belə ki, WSB-də debütant olan Kuba təmsilçisi cari mövsümdə bütün görüşlərini qələbə ilə başa vuran yeganə komandadı. “Baku Fires” isə kubalılarla hər iki qarşılaşmada 2:3 hesabı ilə uduzmuş yeganə klubdu. Həmçinin, rəqibin heyətində Yosbani Veita və Erislandi Savon bu mövsüm bütün görüşlərini qələbə ilə bitiriblər. 
Qeyd edək ki, final mərhələsinin ikinci görüşündə digər 5 çəki dərəcəsində olan idmançılar mübarizə aparacaq. Qalib də məhz sabah baş tutacaq ikinci görüşdən sonra müəyyənləşəcək. Əgər tərəflər hərəsi 1 dəfə eyni hesabla qələbə qazanarlarsa, o zaman 69 kq çəki dərəcəsində Yevgeni Romaşkeviçlə Arisnoidis Despaigne arasında əlavə döyüş keçiriləcək.
Final mərhələsi
İlk görüş
6 iyun
 
Baku Fires - Cuba Domaderos 2:3
49 kq. Həmzə Nametov - Yosbani Veita 0:3
56 kq. Məhəmməd Qurbanov - Norlan Yera 3:0
64 kq. Heybətulla Hacəliyev - Yasiner Toledo 2:1
75 kq. Xaybula Musalov - Arlen Lopez 0:3
91 kq. Əbdülqədir Abdullayev - Erislandi Savon 0:3
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər