Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinin II dövrəsinə start verilib. Fanat.az xəbər verir ki, "Azəryol" IV turun oyununa evdə çıxıb.
Təmsilçimiz ötən həftə məğlub olduqları (2:3) İtaliyanın "Konegliano" klubunu qəbul edib. Qarşılaşma "Azəryol"un 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edəke ki, "Azəryol" 0:3 və ya 1:3 uduzacağı halda, yarışda mübarizəni vaxtından əvvəl dayandıra bilərdi. Lakin voleybolçularımız buna imkan verməyiblər. Onlar mühüm əhəmiyyət kəsb edən görüşdə rəqibi 3:1 hesabı ilə məğlub edərək, aktivlərindəki xalların sayını 6-ya çatdırıblar. Bu isə pley-off yolunda mühüm addım olub.
Çempionlar Liqası
IV tur
3 dekabr
E qrupu
Azəryol (Azərbaycan) - Konegliano (İtaliya) 3:1 (25:23; 30:32, 25:22, 25:23)
Hakimlər: Yevgeni Makşanov (Rusiya), Borislav Pobornikov (Bolqarıstan).
Bəkı, Voleybol Mərkəzi.
| Konegliano | 4 | 3 | 1 | 10-8 | 415-388 | 7 |
| Qalatasaray | 3 | 2 | 1 | 8-4 | 290-261 | 7 |
| Azəryol | 4 | 2 | 2 | 9-9 | 400-411 | 6 |
| Yamamay | 3 | 0 | 3 | 3-9 | 234-279 | 1 |
Fanat.az