Bakı klubu italyanları darmadağın etdi

Bakı klubu italyanları darmadağın etdi
Dünən Quba Olimpiya İdman Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) 1/4 final mərhələsinin ilk görüşü keçirilib. Fanat.az xəbər verir ki, Azərbaycanın "Baku Fires" klubu İtaliyanın “Dolce Gabbana Italia Thunder” komandasını qəbul edib.
Xatırladaq ki, İtaliya təmsilçisi 26 xalla A qrupunu 1-ci yerdə başa vurmuşdu. “Baku Fires” isə 18 xalla B qrupunda 2-ci olmuşdu. Bu qarşılaşmada isə "Baku Fires" rəqibini darmadağınla yola salıb. Bütün boksçularımız rinqi qələbə ilə tərk edib - 5:0
“Baku Fires”lə “Italia Thunder” arasında cavab qarşılaşması aprelin 5-də keçiriləcək. 
Baku Fires - Italia Thunder 5:0
49 kq: Xamza Nametov - Mark Antoni Bariqqa 1:0
56 kq: Məhəmməd Qurbanov- Xedafi Djelkhir 1:0
64 kq: Heybətulla Hacəliyev- Renato de Donato 1:0
75 kq: Xaybula Musalov- Boqdan Juratoni 1:0
91 kq: Əbdülqədir Abdullayev - Klemente Russo 1:0
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər