Çempionlar Liqasının qrup mərhələsində IV tura yekun vurulub. Fanat.az xəbər verir ki, son oyun günündə Azərbaycanın "İqtisadçı" klubu İtaliya A seriyasının qalibi "Pyaçentsa"nın qonağı olub.
Evdə "Pyaçentsa"ya 1:3 hesabı ilə uduzan Bakı təmsilçisi səfərdən quru hesablı məğlubiyyətlə dönməli olub - 0:2. Bununla da "İqtisadçı" turnir cədvəlindəki vəziyyətini düzəltməyib.
Pyaçentsa (İtaliya) - İqtisadçı (Azərbaycan) 3:0 (25:17; 25:20; 26:24).
Hakimlər: Ralf Barnstorf (Almaniya), Susana Rodriges (İspaniya).
Pyaçentsa, Palabanka Sarayı.
Fanat.az