Qadın voleybolçular arasından CEV Kubokunun 1/8 final mərhələsinin cavab oyunları keçirilib. Fanat.az xəbər verir ki, "Lokomotiv" bu gün İsraildə Kfar Saba "Şapoel"inin qoanığ olub.
Komanda Kfar Sabanı təmsil etsə də, matç Raanana şəhərində baş tutub. İlk oyunda quru hesablı qələbə qazanan "Lokomotiv" cavab matçında da rəqibinə heç bir şans verməyib - 3:0. Bununla "dəmiryolçular" 1/4 finala vəsiqə qazanıblar.
CEV kuboku
1/8 final
Cavab oyunu
11 dekabr
Hapoel (İsrail, Kfar Saba) - Lokomotiv (Azərbaycan) 0:3 (18:25, 14:25, 11:25)
Hakimlər: Erjon Mujo (Albaniya), Veronika Papadopol (Rumıniya)
Raanana, “Metrovest” İdman Sarayı.
Fanat.az