1-ci Liqa təmsilçilərindən olan "Baku Sportinq" sıralarına daha bir legioner cəlb edib.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi Pablo Enrike heyətə qatılıb.
Onunla 1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Enrike ötən mövsüm 1-ci Liqada "İmişli"nin uğurları üçün çalışıb.