Bakı klubu çexləri darmadağınla yola saldı

Bakı klubu çexləri darmadağınla yola saldı
Qadın voleybolçular arasınqda CEV kubokunun 1/8 final mərhələsinin ilk oyunları keçirilir. Fanat.az xəbər verir ki, "Azərreyl" ilk oyunu evdə keçirib.
Voleybol Mərkəzində baş tutan qarşılaşmada təmsilçimiz Çexiyanın "Olomouts" klubunu qəbul edib. "Azərreyl" 3:0 hesablı qələbə qazanaraq cavab matçına rahat çıxmaq imkanı əldə edib.
Komandalar arasında cavab görüşü dekabrın 12-də Çexiyada olacaq. Burada mərhələ adlamaq üçün "Azərreyl"ə 1 setdə qələbə belə kifayət edəcək.
CEV kuboku
1/8 final
İlk oyun
4 dekabr
Azərreyl (Azərbaycan) - Olomouts (Çexiya) 3:0 (25:21; 25:19; 25:20).
Hakimlər: Arnis Kelle (Latviya), Dəniz Dəmir (Türkiyə).
Bakı, Voleybol Mərkəzi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər