"İnter”in Türkiyə hazırlığı zamanı yoxlama görüşlərindəki rəqiblərindən birinin adına aydınlıq gəlib. Fanat.az xəbər verir ki, Bakı klubu hazırda Almaniyanın II Bundesliqasında mübarizə aparan Bilefeld “Arminiya”sı ilə qarşılaşacaq.
Artıq bu görüşün hansı tarixdə oynayacağı da məlumdu. Qarşılaşma yanvarın 22-də baş tutacaq. Bundan başqa, “İnter”in daha 4 görüşdə gücünü sınaması planlaşdırılıb.
Qeyd edək ki, “Arminiya” hazırda II Bundesliqada qeyri-sabit çıxış edir. Bilefeld təmsilçisi 21 xalla 15-ci pillədədi.
Fanat.az