Bakı klubu Avropanın ən yaxşısına rəqib oldu

Bakı klubu Avropanın ən yaxşısına rəqib oldu
Qadın voleybolçular arasında Çempionlar Liqasının pley-off mərhələlərinin püşkü atılıb. Fanat.az xəbər verir ki, Avropa Voleybol Konfederasiyasının Lüksemburqdakı mənzil-qərargahında baş tutan tədbirdə "Dördlər finalı"na ev sahibliyi hüquqi "Rabitə"yə verildiyindən yalnız bir komandamızın 1/6 və 1/3 finaldakı rəqibləri müəyyənləşib.
Ən yaxşı qrup üçüncüsü kimi play-off mərhələsinə vəsiqə qazanan "İqtisadçı"nın bəxti gətirməyib. Təmsilçimiz 1/6 finalda Çempionlar Liqasının son qalibi “Vakıfbank”a rəqib olub. Bu komanda düz finalda 69 oyundu məğlubiyyətin nə olduğunu bilmir. "İqtisadçı" mərhələ adlasa, "Qalatasaray" (Türkiyə) - "Kann" (Fransa) cütünün qalibi ilə qarşılaşacaq.
1/6 final
1. Omiçka (Rusiya) - Konegliano (İtaliya)
2. Atom (Polşa) - Eczaçıbaşı (Türkiyə)
3. Kann (Fransa) - Qalatasaray (Türkiyə)
4. İqtisadçı (Azərbaycan) - Vakıfbank (Türkiyə)
5. Dinamo (Moskva, Rusiya) - Dinamo (Kazan, Rusiya)
6. Volero (İsveçrə) - Pyaçentsa (İtaliya) 
1/3 final
Omiçka (Rusiya)//Konegliano (İtaliya) - Atom (Polşa)//Eczaçıbaşı (Türkiyə)
Kann (Fransa)//Qalatasaray (Türkiyə) - İqtisadçı (Azərbaycan)//Vakıfbank (Türkiyə)
Dinamo (Moskva, Rusiya)//Dinamo (Kazan, Rusiya) - Volero (İsveçrə)//Pyaçentsa (İtaliya) 
Qeyd edək ki, 1/6 final mərhələsinin ilk görüşləri yanvarın 14-16-da, cavab matçları 1 həftə sonra olacaq. 1/3 final mərhələsi fevralın 4-6-da və 11-13-də keçiriləcək. Çempionlar Liqasının qalibinin adı isə martın 16-da bilinəcək. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər