Bakı derbisi yayımlanmayacaq

Bakı derbisi yayımlanmayacaq
Premyer Liqanın XXI turunun 3 oyunu canlı yayımlanacaq. Fanat.az xəbər verir ki, hər 3 matçı azarkeşlərə "İdman Azərbaycan" kanalı təqdim edəcək.
Kanal cümə günü saat 17.00-da başlayacaq "İnter” - “Simurq” oyununu efirə verəcək. Şənbə günü isə "Qəbələ" - "Xəzər Lənkəran" (saat 13.00) və "Qarabağ" - AZAL (saat 15.00) matçları yayımlanacaq.
Turun əsas oyunu hesab olunan "Bakı" - "Neftçi" derbisini və "Rəvan" - "Sumqayıt" matçını canlı izləmək mümkün olmayacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər