Fevralın 15-də “Bakı Böyük Dəbilqə” turnirinin püşkatma mərasimi keçirilib.
Fanat.Az xəbər verir ki, tədbirdə Beynəlxalq Cüdo Federasiyası (BCF), Azərbaycan Cüdo Federasiyası (ACF) və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin (GİN) rəsmiləri iştirak ediblər.
Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov çıxışında bunları bildirib: “Azərbaycanın cüdo üzrə zəngin ənənəsi var və “Böyük Dəbilqə” turniri on ildən artıqdır ki, Bakıda keçirilir”.
O, yarışın Olimpiyaya vəsiqə baxımından əhəmiyyətli olduğunu da vurğulayıb: “İştirakçılar Parisə lisenziya qazanmaq üçün reytinq xalları uğrunda mübarizə aparmalı olacaqlar. Bakıya çoxlu titullu idmançılar gəlib və ümid edirəm ki, Azərbaycan cüdoçuları öz çıxışları ilə azarkeşləri sevindirəcəklər. Hər kəsə uğurlar arzulayıram”.
Beynəlxalq Cüdo Federasiyasının Məşq və Tədris üzrə Direktoru Məhəmməd Meridja da çıxış edib: “Bakıda keçirilən cüdo üzrə “Böyük Dəbilqə” yarışları Olimpiya vəsiqəsinin vacib hissəsidir. Hər yeni start idmançılara reytinq xalları qazanmağa imkan verir və Bakı bir daha dünyanın aparıcı cüdoçularına belə bir fürsət verəcək. Azərbaycan Cüdo Federasiyası çox iş görüb. Bu üç gün ərzində Milli Gimnastika Arenasında gərgin döyüşlərin şahidi olacağıq. Ev sahibləri də mükafatlara əsas namizədlər sırasındadırlar. Ona görə də əminəm ki, yarış həyəcanlı olacaq”.
Meridja Beynəlxalq Federasiyanın prezidenti Marius Vizerin bütün iştirakçılarına xoş arzularını çatdırıb.
Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu bunları bildirib: “Biz bütün qonaqları Bakıda keçiriləcək növbəti “Böyük Dəbilqə” turnirində salamlamaqdan məmnunuq. Bütün iştirakçılara uğurlar arzulayırıq. On ildən artıqdır ki, dünyanın aparıcı cüdoçuları Bakıya gəlir. Turnirimizin mühüm missiyası var, çünki burada iştirakçılar Olimpiadaya düşmək üçün həlledici xallar toplaya bilərlər. Şübhə yoxdur ki, döyüşlər ən yüksək səviyyədə keçəcək və mübarizənin intensivliyi azarkeşləri sevindirəcək”.
Qeyd edək ki, “Bakı Böyük Dəbilqə” turniri 16-18 fevral tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək.
16 fevral Leyla Əliyeva (48 kq) – 1/8 finalda rəqibini gözləyir Könül Əliyeva (48 kq) – Marina Vorobyova (AIN): 1/16 final Ramilə Əliyeva (48 kq) – Lois Petit (Belçika): 1/16 final Gültac Məmmədəliyeva (52 kq) – 1/8 finalda rəqibini gözləyir Aydan Vəliyeva (52 kq) – Naomi Van Krevel (Niderland): 1/16 final Xədicə Qədəşova (52 kq) – Sofia Asvesta (Kipr): 1/16 final Fidan Əlizadə (57 kq) – Xayone Ekisoain (İspaniya): 1/16 final Açelya Toprak (57 kq) – Fazilat Qulboyeva (Tacikistan): 1/16 final Balabəy Ağayev (60 kq) – 1/8 finalda rəqibini gözləyir Turan Bayramov (60 kq) – Mohammed Falata (Səudiyyə Ərəbistanı): 1/16 final Əhməd Yusifov (60 kq) – Miçel Auqusto (Braziliya): 1/16 final Nazir Talıbov (60 kq) – Ramazan Abdulayev (AIN): 1/16 final Yaşar Nəcəfov (66 kq) – 1/8 finalda rəqibini gözləyir Kamran Süleymanov (66 kq) – Straxina Bunçiç (Serbiya): 1/16 final Rəşad Yelkiyev (66 kq) – Yanislav Gerçev (Bolqarıstan): 1/16 final İslam Rəhimov (66 kq) – Vilyar Lipard (Estoniya): 1/16 final
17 fevral Aytac Qardaşxanlı (63 kq) – Zulhumar Daşkinova (Türkmənistan): 1/16 final Günel Həsənli (70 kq) – Aleksandra Samarciç (Bosniya və Herseqovina): 1/16 final Hidayət Heydərov (73 kq) – Karim Adarvez (Argentina): 1/16 final Rəşid Məmmədəliyev (73 kq) – Tohar Butbul (İsrail): 1/16 final Nurlan Osmanov (73 kq) – Xorxe Qarsiya (İspaniya): 1/32 final İbrahim Əliyev (73 kq) – Hamad Sulayman (Səudiyyə Ərəbistanı): 1/16 final Səid Mollayi (81 kq) – Mustafa Həbib (Bosniya və Herseqovina): 1/16 final Zelim Tçkayev (81 kq) – Abdulelah Albali (Səudiyyə Ərəbistanı): 1/16 final Ömər Rəcəbli (81 kq) – Mohammed Alharbi (Səudiyyə Ərəbistanı): 1/16 final
18 fevral Nigar Süleymanova (+78 kq) – İdalis Ortis (Kuba): 1/16 final Murad Fətiyev (90 kq) – Sami Çuçi (Belçika): 1/16 final Elcan Hacıyev (90 kq) – Bakar Eraşvili (Gürcüstan): 1/32 final Vüqar Talıbov (90 kq) – Yeqor Varapayev (AIN): 1/16 final Zelim Kotsoyev (100 kq) – Daniel Mukete (AIN): 1/16 final Əjdər Bağırov (100 kq) – 1/16 finalda rəqibini gözləyir Camal Qamzatxanov (+100 kq) – Şakarmamed Mirmamadov (Tacikistan): 1/16 final Kənan Nəsibov (+100 kq) – Vuhyeok Son (Cənubi Koreya): 1/16 final