Bakı-2021: Son gündə daha 8 dəst medal

Bakı-2021: Son gündə daha 8 dəst medal

Bu gün Bakıda keçirilən batut gimnastikası üzrə 28-ci dünya yaş qrupları yarışlarına yekun vurulacaq. 

Fanat.Az xəbər verir ki, turnirin sonuncu - dördüncü gündə daha 8 dəst medal sahibini tapacaq.

11-12 yaş qrupunda qızlar və oğlanlar arasında batut gimnastikası, 15-16 yaş kateqoriyasında isə ikili mini-batut yarışlarında qaliblər müəyyənləşəcək. Qızlar və oğlanlar arasında 13-14 yaş qrupunda tamblinqdə, 17-21 yaşlı gimnastların mübarizəsində isə batut üzərində sinxron tullanış yarışlarında mükafatçılar bəlli olacaq.

Xatırladaq ki, yarışın birinci günündə batutçumuz Maqsud Maqsudov 13-14 yaş kateqoriyasında qızıl medal qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər