Bakı-2014-ün rəsmi saytı təqdim odundu

Bakı-2014-ün rəsmi saytı təqdim odundu
Bu gün Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatının rəsmi saytı (baku2014.agf.az) və yerli televiziya kanallarında nümayiş olunacaq təbliğat videoçarxı təqdim edilib.
Fanat.az xəbər verir ki, təqdimat mərasimində Azərbaycan Gimnastika Federasiyasının (AGF) vitse-prezidenti Altay Həsənov, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bədii gimnastika üzrə Texniki komitəsinin rəhbəri Hayde Bruneder, AGF-nin baş katibi, Avropa Gimnastika İttifaqının vitse-prezidenti Fərid Qayıbov, bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva, Avropa çempionatının marketinq üzrə direktoru Səbri Gülmalıyev və beynəlxalq dərəcəli arbitr, Avropa çempionatının direktoru Natalya Bulanova iştirak ediblər.
Səbri Gülmalıyev deyib ki, aprelin 20-dən etibarən çempionata biletlər satışa buraxılacaq və eyni zamanda onlayn formada da bilet almaq mümkün olacaq. Onun sözlərinə görə, çempionatın saytı üç dildə - Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərir.
Qeyd edək ki, Bakıda iyunun 13-15-də bədii gimnastika üzrə Avropa çempionatı keçiriləcək.
Trend
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər