Azərbaycanlı referi Ukrayna millisinin oyununda

Azərbaycanlı referi Ukrayna millisinin oyununda
Ukrayna və Litva milliləri arasında 18 noyabr tarixində keçiriləcək yoldaşlıq görüşünün hakimləri bəlli olub. Fanat.az xəbər verir ki, matçı Azərbaycanlı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Əliyar Ağayev təyin olunub. Ona Zeynal Zeynalov və Namiq Yusifov kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi ukraynalı Sergey Lisençuk olacaq. 

Qeyd edək ki, Ukrayna – Litva matçı noyabrın 18-i Kiyevdə Olimpiyski stadionunda keçiriləcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər