Azərbaycanlı hakimlər Türkiyə və Portuqaliya klublarının oyununa təyinat aldılar

Azərbaycanlı hakimlər Türkiyə və Portuqaliya klublarının oyununa təyinat aldılar

Beynəlxalq dərəcəli həndbol hakimlərimiz Ernest və Emil Ağakişi qardaşları ölkəmizi daha bir nüfuzlu yarışda təmsil edəcəklər

Fanat.Az xəbər verir ki, onlar qadın həndbolçuların Avropa kuboku turnirinin ikinci mərhələ matçına təyinat alıblar.

Söhbət sentyabrın 23-də Türkiyənin Bodrum şəhərində keçiriləcək “Armada Praksis Yalıkavaspor” –“ADA do Sao Pedro Sul” görüşündən gedir.

Türkiyə və Portuqaliya təmsilçilərinin oyunu “Binnaz Karakaya İdman arenası”nda təşkil olunacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər