Azərbaycanlı hakim "Borussiya Dortmund" - "Vilyarreal" qarşılaşmasını idarə edəcək

Azərbaycanlı hakim "Borussiya Dortmund" - "Vilyarreal" qarşılaşmasını idarə edəcək

Azərbaycanlı FIFA hakimi Tural Qurbanov beynəlxalq oyuna təyinat alıb.

Fanat.Az AFFA-ya istinadən xəbər verir ki, o, UEFA Gənclər Liqasının I turunda keçiriləcək "Borussiya" (Dortmund, Almaniya) – "Vilyarreal" (İspaniya) qarşılaşmasını idarə edəcək.

Tural Qurbanova Cəmil Əliyev və Asiman Əzizli kömək edəcəklər.

Görüş sentyabrın 8-də Dortmund şəhərində yerləşən "Dortmund Brakel Təlim Mərkəzi" stadionunda keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər