19 yaşadək futbolçular arasında Avropa çempionatının elit-raundunda Rusiya millisi növbəti oyununa çıxıb. Fanat.az xəbər verir ki, şimal qonşumuz İsveçlə qarşılıb.
Rusiya millisi 3:1 hesabı ilə qalib gəlib. Azərbaycanlı futbolçusu Ramil Şeydayev bu matçda start heyətdə meydana çıxıb və qarşılaşmanı əvəz olunmadan keçirib. "Zenit”in azərbaycanlı hücumçusu İsveçə qarşı oyunda da dubl edib. O, 22 (penalti) və 31-ci dəqiqələrdə komandasının 2-ci və 3-cü qoluna imza atıb.
Qeyd edək ki, Ramil Şeydayev bundan əvvəl Litva ilə görüşdə iki qol vurmuşdu.
Fanat.az