Azərbaycanlı futbolçu "Anji"də tibbi müayinədən keçəcək

Azərbaycanlı futbolçu "Anji"də tibbi müayinədən keçəcək

Əslən azərbaycanl futbolçu Aleksandr Əliyev növbəti mövsümü Mahaçqala "Anji"sində davam etdirə bilər. Fanat.az xəbər verir ki, Əliyev yaxın günlərdə klubda tibbi müayinədən keçəcək.

Bu barədə Rusiya mətbuatına futbolçunun nümayəndəsi məlumat verib. O qeyd edib ki, Aleksandrla türkiyə klublarından biri də maraqlanıb.

Bir müddət öncə Azərbaycan klublarından birinin maraq dairəsində olan Əliyevin Ukraynanın "Dnepr" komandasında peyda olacağı da bildirilirdi.

Qeyd edək ki, 2013-2014 mövsümünü "Anji"də icarə əsasında keçirən 29 yaşlı yarımmüdafiəçi meydana çıxdığı 7 görüşdə 1 qola imza atıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər