Azərbaycanlı oyunçu Timur Vəlixanov Almaniyada oynayacaq. Fanat.az sportinfo.az-a istinadən xəbər verir ki, ötən ilə kimi I divizionda "Şahdağ" forması geyinən futbolçu Almaniyaya transfer olub.
Bir müddət əvvəl "Duysburq II" ilə anlaşmış Vəlixanov oradan ayrılaraq yeni klubla müqaviləyə qol çəkib. O, Hamburq "Viktoriya"sında oynayacaq. Timurun bir neçə ay əvvəl "Kayzerslautern"ə də keçidi gündəmdə olmuşdu. Vəlixanovun yeni komandası Almaniya dördüncü liqasında oynayır.
Fanat.az