Azərbaycanlı futbolçu fantastik qiymətə meyvə aldı - FOTOFAKT

Azərbaycanlı futbolçu fantastik qiymətə meyvə aldı - FOTOFAKT

Bəzən adamın könlünə elə bir şey düşər ki... "Qarabağ"ın futbolçusu İlqar Qurbanovun da ürəyinə ilin bu vədəsində alça düşüb.

Fanat.az milli.az-a istinadən xəbər verir ki, futbolçu alça almaq üçün "Bazarstore" mağazalar şəbəkəsinə yollanır. Marketə girəndə isə ilin bu çağında nəfsinə yenilməyinə peşman olub. Qablaşdırılmış formada satılan və içində vur-tut 2 dənə alça olan meyvənin qiyməti futbolçunu odlandırıb. 

Şoka düşən İlqar onun fotosunu çəkərək sosial şəbəkədə paylaşıb. Futbolçu etiraf edib ki, pulu çatmadığı üçün yalnız alçanın 1 dənəsini alaraq, 6 AZN ödəyib.

Çətin ki, İlqar Qurbanovun bir də ürəyinə belə şey düşə. Həmin fotonu təqdim edirik.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər