Azərbaycanlı FIFA referisi evlənir

Azərbaycanlı FIFA referisi evlənir

Futbolumuzda subayların daha bir sultanlıqla vidalaşır. Fanat.az sportinfo.az-a istinadən xəbər verir ki, aprelin 3-də Əliyar Ağayevi bəy masasında görəcəyik. 

FIFA dərəcəli referisi həmin gün paytaxtın ən prestijli şadlıq saraylarının birində özünə toy çaldıracaq. Dindar hakim məclisində spirtli içki verməyəcək. 

Qeyd edək ki, bunadən Ağayev iş başında olacaq. Belə ki, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsinin 2-ci qrupuna (Almaniya, Çexiya, Slovakiya, İrlandiya) təyinat alan təmsilçimiz martın 26-da Slovakiya - Almaniya, 5 gün sonra İrlandiya - Slovakiya görüşlərini idarə edəcək. Ağayev Almaniya - İrlandiya matçında da 4-cü hakim olacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər