Pankration üzrə Azərbaycan və dünya çempionu, MMA və M1 üzrə universal döyüşçü Bəxtiyar Arzumanovun Suriyadakı döyüşlərdə həlak olması haqda xəbər yayılıb. Məlumatda onun Suriya ordusuna qarşı döyüşən terror qruplaşmanın tərkibində döyüşdüyü deyilir. Amma Bəxtiyarın Suriyaya nə vaxt getdiyi açıqlanmır.
Dağıstandakı mənbələr "Youtube"da da bu haqda məlumat paylaşıblar.
Bəxtiyar Arzumanov 1984-cü ildə Qusar rayonunda anadan olub. Milliyətcə ləzgidi. 1998-ci ildə əlbəyaxa və sambo üzrə çempionu olub. 17 yaşında sambo üzrə idman ustası olub. Professional rinqdə keçirdiyi 8 döyüşdən 6-da qələbə, 2-də isə məğlub olmuşdu.
modern.az