Azərbaycan boksçusu Sübhan Mamedov Avropa çempionu olub. Fanat.Az Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, 50 kq çəki dərəcəsində mübarizə aparan millinin üzvü bu titula Bolqarıstanın paytaxtı Sofiyada yiyələnib. Dünya çempionu və U-23 Avropa çempionatının qalibi finalda Bair Batlayevi (Rusiya) məğlub edib. Hər 3 raundu xeyrinə bitirən Mamedov yekunda 4:1 (30:27, 29:28, 28:29, 30:27, 29:28) hesabı ilə qalib gələrək Avropa çempionatının qızıl medalını qazanıb və Sofiyada Azərbaycan himnini səsləndirib. Ondan öncə Səidcəmşid Cəfərov (75 kq) da adını finala yazdırıb. Dünya çempionatının mükafatçısı yarımfinalda Kalum Meykin (İngiltərə) üzərində qələbə qazanıb – 4:1 (28:29, 30:27, 30:27, 29:28, 29:28). Cəfərov sabah həlledici döyüşdə İsmayıl Mutsolqovla (Rusiya) gücünü yoxlayacaq. Amin Məmmədzadə (55 kq) isə Avropa çempionatını bürünc medalla başa vurub. Qeyd edək ki, bir gün öncə Məhəmməd Abdullayev (+90 kq) də yarışı bürünc mükafatla bitirib. Sentyabrın 25-də - çempionatın son günündə Cəfərovla yanaşı, Nəbi İsgəndərov (70 kq) da final döyüşünə çıxacaq.
Azərbaycanlı boksçu Avropa çempionu oldu
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı