Azərbaycanla Norveçin fərqi - 36 milyon 300 min avro

Azərbaycanla Norveçin fərqi - 36 milyon 300 min avro
Azərbaycan milli komandası AVRO-2016-nınr seçmə mərhələsi çərçivəsində növbəti oyununu Norveçə qarşı keçirəcək. Noyabrın 16-da keçiriləcək matç "Bakcell Arena"da baş tutacaq.
Fanat.az hər iki komandanın ümumi dəyərini hesablayıb. "Transfermarkt"ın futbolçulara qoyduğu qiymətlərlə aparılan hesablamalara görə, Azərbaycan millisinin ümumi dəyəri 6 milyon 800 min avro təşkil edir.
Yığmamızın ən dəyərli oyunçuları kapitan Rəşad Sadıqovla "Karlsruher"in hücumçusu Dmitri Nazarovdu. Hər iki futbolçuya 650 min avro qiymət qoyulub. Onları 500 min avro ilə Rahid Əmirquliyevlə Kamran Ağayev izləyir. Millimizin iki üzvünə - Bədavi Hüseynovla Rəşad Eyyubova qiymət qoyulmayıb.

№

Futbolçu

Dəyəri (avro)

1

Rəşad Sadıqov

650.000

2

Dmitri Nazarov

650.000

3

Rahid Əmirquliyev

500.000

4

Kamran Ağayev

500.000

5

Ruslan Abışov

400.000

6

Mahir Şükürov

400.000

7

Rasim Ramaldanov

400.000

8

Cavid İmamverdiyev

350.000

9

Səlahət Ağayev

350.000

10

Maksim Medvedev

300.000

11

Vüqar Nadirov

300.000

12

Cavid Hüseynov

300.000

13

Vaqif Cavadov

300.000

14

Araz Abdullayev

250.000

15

Mirhüseyn Seyidov

200.000

16

Rauf Əliyev

200.000

17

Qara Qarayev

150.000

18

Məhəmməd Mirzəbıyov

150.000

19

Tərlan Quliyev

125.000

20

Elvin Yunuszadə

100.000

21

Məhəmməd Qurbanov

100.000

22

Rəhman Hacıyev

100.000

23

Emil Balayev

25.000

24

Bədavi Hüseynov

qiymətsiz

25

Rəşad Eyyubov

qiymətsiz

Cəmi

6.800.000

Norveç millisinin ümumi dəyəri isə 43 milyon 100 min avrodu. Rəqibin ən bahalı futbolçusu Havard Nordtveit hesab olunur. Ona 6 milyon 500 min avro qiymət qoyulub. Tarik Elyunussinin 4 milyon 500 avro qiyməti var. Onları 3 milyon 500 min avro ilə Per Kiljan Skyelbred və Aleksander Tettey izləyir.

№

Futbolçu

Dəyəri (avro)

1

Havard Nordtveit

6.500.000

2

Tarik Elyunussi

4.500.000

3

Per Kiljan Skyelbred

3.500.000

4

Aleksander Tettey

3.500.000

5

Stefan Yohansen

2.500.000

6

Veqard Forren

1.900.000

7

Martin Linnes

1.600.000

8

Oryan Niland

1.400.000

9

Anders Konradsen

1.750.000

10

Tore Reqinyussen

1.500.000

11

Aleksander Soderlund

1.500.000

12

Martin Odeqaard

1.500.000

13

Omar Elabdellaui

1.500.000

14

Mats Moller Dahli

1.500.000

15

Havard Nielsen

1.300.000

16

Tom Hoqli

1.000.000

17

Harmeet Sinq

1.000.000

18

Sten Qritebust

1.000.000

19

Fredrik Qulbrandsen

800.000

20

Jone Samuelsen

800.000

21

Rune Carstein

750.000

22

Per Eqil Flo

700.000

23

Steffen Hagen

700.000

24

Pal Andre Helland

400.000

Cəmi

43.100.000

Qeyd edək ki, Azərbaycan millisinə 25, Norveç yığmasına 24 futbolçu çağırıb. İki komandanın ümumi dəyəri arasında 36 milyon 300 min avro fərq var.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər