AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində milli komandamızın qonağı olacaq Bolqarıstan millisinin dəyəri müəyyənləşib. Fanat.az-ın "Transfermarkt"ın futbolçulara qoyduğu qiymətlərə əsasən apardığı apaşdırmaya görə, rəqibin heyəti 32 milyon 500 min avro dəyərindədi.
Bolqarıstanın ən dəyərli oyunçusu Georgi Milanovdu. Moskva ÇSKA-sının yarımmüdafiəçisinə 5 milyon avro qiymət qoyulub. Onu 3 milyon avro ilə "Bazel"in müdafiəçisi İvan İvanov izləyir. "Ludoqorets"in qapıçısı Vladislav Stoyanovun, bu komandanın yarımmüdafiəçisi Svetoslav Dyakov və "Maynts 05"ın orta xətt oyunçusu Todor Nedelevin isə 2 milyon 500 min avro dəyəri var.
Əslində Bolqarıstan yığmasının ən dəyərli oyunçusu İvelin Popovdu. Amma kapitan bir neçə gün əvvəl ağır zədə aldığından heyətdən çıxarılıb. Rusiya "Kuban"ında forma geyinən hücumçuya 8 milyon arvo qiymət qoyulub.
Maraq üçün xatırladaq ki, milli komandamızın Bolqarıstanla oyun üçün nəzərdə tutulmuş 23 nəfərlik heyətindən 21 futbolçuya (Bədavi Hüseynovla İlkin Qırtımovun dəyəri "Transfermarkt" tərəfindən açıqlanmayıb) 6 milyon 925 min avro qiymət qoyulub. Bu isə Rusiyanın yığmamızdan 25 milyon 575 min avro baha olması deməkdi.
| № | Futbolçu | Dəyəri (avro) | |
| 1 | Georgi Milanov | 5.000.000 | |
| 2 | İvan İvanov | 3.000.000 | |
| 3 | Vladislav Stoyanov | 2.500.000 | |
| 4 | Svetoslav Dyakov | 2.500.000 | |
| 5 | Todor Nedelev | 2.500.000 | |
| 6 | Stanislav Manolev | 2.000.000 | |
| 7 | Simeon Slavçev | 2.000.000 | |
| 8 | Mixail Aleksandrov | 1.500.000 | |
| 9 | Andrey Qalabinov | 1.400.000 | |
| 10 | Xristo Zlatinski | 1.300.000 | |
| 11 | Emil Qarqorov | 1.000.000 | |
| 12 | Vladimir Qadjev | 1.000.000 | |
| 13 | Nikolay Bodurov | 1.000.000 | |
| 14 | Ventsislav Xristov | 900.000 | |
| 15 | Strahil Popov | 800.000 | |
| 16 | Veselin Minev | 650.000 | |
| 17 | İliyan Mitsanski | 500.000 | |
| 18 | Aleksandar Aleksandrov | 500.000 | |
| 19 | İvan Çvoroviç | 500.000 | |
| 20 | Bojidar Mitrev | 500.000 | |
| 21 | İliya Milanov | 500.000 | |
| 22 | Georgi İliyev | 400.000 | |
| 23 | Yordan Xristov | 300.000 | |
| 24 | Apostol Popov | 250.000 | |
| Cəmi: | 32.500.0000 | ||
Fanat.az