Azərbaycanın U-20 yığmasına bu futbolçular çağırıldı

Azərbaycanın U-20 yığmasına bu futbolçular çağırıldı

Azərbaycanın U-20 milli komandası sentyabrın 24-dən oktyabrın 6-dək Qəbələdə təlim-məşq toplanışının ikinci mərhələsini keçirəcək.

Fanat.Az AFFA-nın saytına istinadən xəbər verir ki, yığma hazırlıq zamanı oktyabrın 3-də Moldovanın (18:00), 6-da isə Yaponiyanın (16:00) uyğun yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyununda qarşılaşacaq.

Milliyə dəvət edilən futbolçuların siyahısı belədir:

Qapıçılar: Həbib Hüşənov (“Qəbələ”), Aftandil Arıxov (“Sumqayıt”), Ayxan Abbaszadə (“İmişli”).

Müdafiəçilər: Uğur Qurbanlı (“Qarabağ”), Səttar Tahirzadə (“Marcet”, İspaniya), Murad Qurbanov (“Zirə”), Həzrət Səmədov (“Sabah”), Rəşad Alışov (“Qarabağ”), Vüsal Paşayev (“Sumqayıt”), Əhməd Tarverdiyev (“Sabah”).

Yarımmüdafiəçilər: Nadir Orucov (“Sumqayıt”), Raul İsaqov (“Kəpəz”), Əliəkbər Rzazadə (“Qarabağ”), Pünhan Qasımzadə (“Neftçi”), Abduləziz Cabbarlı (“Qarabağ”), Anar Hüseynov (“Sabah”), Əli Qazibəyov (“Qarabağ”).

Hücumçular: Həsən Nəzərli (“Keçiören Spor”, Türkiyə), Əli Bəşirov (“Qarabağ”), Vüsal Kərimov (“Neftçi”), Ziya Şəkərxanov (“Qəbələ”), Əli İbrahim (“Qarabağ”), Şahnur İsmayılov (“Kəpəz”), Şahin İbrahimov (“Sabah”), Nihad Orucəli (“Sumqayıt”).  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər