Azərbaycanın U-19 millisi Gəncədə 3 yoxlama oyununa çıxacaq

Azərbaycanın U-19 millisi Gəncədə 3 yoxlama oyununa çıxacaq

Sentyabrın 21-dən Gəncədə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi 3 yoxlama oyunu keçirəcək. Fanat.Az -ın məlumatına görə, 34 yaşlı mütəxəssis Elgiz Kərəmlinin rəhbərlik etdiyi kollektiv bu gün "Kəpəz"in əvəzedici komandası ilə qarşılaşacaq. Gəncə şəhər stadionunun köməkçi meydanında baş tutacaq görüş 17:00-da başlayacaq. U-19-un digər snaq matçlarına gəlincə, yığma sentyabrın 29-da 1-ci Liqa təmsilçisi "Gəncəbasar", oktyabrın 2-də isə "Kəpəz"in əsas komandası ilə üz-üzə gələcək. Qeyd edək ki, millinin təlim-məşq toplanışı oktyabrın 3-də yekunlaşacaq. Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər