Azərbaycanın taekvondoçuları Estoniyada 6 medal qazandılar

Azərbaycanın taekvondoçuları Estoniyada 6 medal qazandılar

Azərbaycan taekvondoçuları Estoniyanın paytaxtı Tallində keçirilən Klublararası Avropa çempionatında 6 medal qazanıblar.

Fanat.Az xəbər verir ki, yarışda Azərbaycanı "Altay", "Atlet" və "Mübariz" taekvondo klublarının üzvləri təmsil ediblər.

Kiçikyaşlı yeniyetmələr arasında keçirilən yarışda Fateh Sultanlı (40 kq), Cahid İsmayılzadə (52 kq), Fərid Məlikli (24 kq) qızıl, Fərhad Məlikli (24 kq) gümüş, Əkbər Tağıyev (27 kq) və Əjdər Qalabəyov (36 kq) isə bürünc medal qazanıblar.

“Altay” taekvondo klubunun təmsilçiləri ümumi hesabda iki qızıl medalla II pillədə qərarlaşaraq kuboka layiq görülüblər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər