Azərbaycanın qadın həndbolçulardan ibarət millisi İslamiadadakı ilk matçında məğlub oldu

Azərbaycanın qadın həndbolçulardan ibarət millisi İslamiadadakı ilk matçında məğlub oldu

Azərbaycanın qadın həndbolçulardan ibarət millisi Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında ilk matçını keçirib.

Fanat.Az xəbər verir ki, B qrupunda yer alan komanda Özbəkistanla üz-üzə gəlib.

"Green Hall" Olimpiya Kompleksində təşkil olunan matç rəqibin 28:26 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, yığma növbəti oyununu noyabrın 17-də Qazaxıstan seçməsinə qarşı keçirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər