Azərbaycanın kişi tennisçilərdən ibarət yığması "Davis Cup"da mübarizə aparacaq

Azərbaycanın kişi tennisçilərdən ibarət yığması "Davis Cup"da mübarizə aparacaq

Azərbaycanın kişi tennisçilərdən ibarət yığması "Davis Cup"da mübarizə aparacaq.

Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Tennis Federasiyası (ATF) yayıb.

Komanda yarışda iştirak etmək məqsədilə Moldovaya yola düşüb. ATF-nin vitse-prezidenti Orxan Manaflı və koordinatoru Yalçın Manaflının rəhbərliyi altında turnirdə ölkəmizi Tamerlan Əzizov, Kənan Qasımov, Nazim Məlikov və Elvin Həşimov təmsil edəcəklər.

Qeyd edək ki, tennisçilər "Davis Cup"ın III qrupunda mübarizə aparacaqlar. Yarış iyunun 10–13-də Moldovanın paytaxtı Kişinyovda keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər