Azərbaycanın kata üzrə ekspertləri Kodokan seminarında iştirak ediblər

Azərbaycanın kata üzrə ekspertləri Kodokan seminarında iştirak ediblər

Azərbaycanın kata üzrə ekspertləri Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Kodokan seminarında iştirak ediblər.

Fanat.Az xəbər verir ki, İsmayıl Rzayev, Rafiq Nəcəfov, İbrahim Aslanov və Samir İsmayılovdan ibarət heyət seminar çərçivəsində koşiki-no-kata və itsutsu-no-kata üzrə hazırlıq keçib. Tədris prosesinə Kodokan mütəxəssisləri Yoşiharu Makişi və Keniçi Şohida rəhbərlik edib.

Seminarın sonunda kata ekspertlərimiz itsutsu-no-kata üzrə imtahanı uğurla tamamlayaraq Kodokan sertifikatına layiq görülüblər.

Qeyd edək ki, bu katalar yüksək texniki hazırlıq və böyük təcrübə tələb edən, əsasən yüksək dan dərəcəli cüdoçular üçün nəzərdə tutulmuş proqramlar hesab olunur.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər