Azərbaycanın iki gimnastı Dünya Kubokunda qızıl medal qazandı

Azərbaycanın iki gimnastı Dünya Kubokunda qızıl medal qazandı
Azərbaycanın idman gimnastları Sloveniyanın Koper şəhərində "Challenge” seriyasına aid Dünya Kubokunda 2 medal qazanıblar.
Fanat.Az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Marina Nekrasova və Nikita Simonov iki qızıl medala sahib olublar. Beləliklə, "Bonifika” idman arenasında bir gündə iki dəfə Dövlət Himni səsləndirilib.
Nekrasova dayaqlı tullanma ilə hərəkətlərinə görə 14.475 xal, Simonov isə halqalarla çıxışda 14.600 xal toplayıblar.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər