Azərbaycanın güləş hakimləri dünya çempionatında

Azərbaycanın güləş hakimləri dünya çempionatında

 

Azərbaycanın I-S dərəcəli güləş hakimləri Asif Şirəliyev və Sədi Quliyev Qazaxıstanın paytaxtı Astanada keçiriləcək böyüklər arasında dünya çempionatında iş başında olacaqlar.

Fanat.Az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Ədalət təmsilçiləri Dünya Güləş Birliyinin (UWW) açıqladığı siyahıda yer alıblar.

Xatırladaq ki, yarış oktyabrın 24-dən noyabrın 1-dək təşkil olunacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər