Azərbaycanın ən bahalı oyunçuları müəyyənləşdi - SİYAHI

Azərbaycanın ən bahalı oyunçuları müəyyənləşdi - SİYAHI
Topaz Premyer Liqasında çıхış edən futbolçuların dəyəri müəyyənləşib. Fanat.az хəbər verir ki, "Transfermarkt" transfer pəncərəsinin bağlanmasından sonra futbolçuların qiymətlərini yeniləyib.
İnnosent Emeqaranın gedişindən sonra Premyer Liqanın ən dəyərli futbolçusu dəyişib. Amma yenə də siyahıya "Qarabağ"la başçılıq edir. Belə ki, Danilo Dias çempionatımızın bahalı oyunçusudu. Ona 2,5 milyon avro qiymət verib.
"İnter"in yeni tranesferi Ruben Şaken ikinci pilləni ələ keçirib. Hollandiya yığmasının sabiq üzvünün dəyəri 2 milyon avrodu. İlk "üçlüy"ü "İnter"in digər üzvü Aleksandr Amisulaşvili qapayır. Gürcüstan yığmasının sabiq oyunçusuna 1,8 milyon avro qiymət qoyulub.
"Qəbələ"nin yeni qapıçısı Dmitri Bezotosnının 1.7, "Neftçi"nin braziliyalısı Kauenin 1.4 milyon avro qiyməti var.
Premyer Liqanın 25 ən dəyərli futbolçusu siyahısına yalnız bir yerli oyunçu düşüb. Belə ki, millimizin kapitanı Rəşad Sadıqov 650 min avro ilə 23-cü pillədə qərarlaşıb.

№

Komanda

Dəyəri (avro)

1

Danilo Dias

2.500.000

2

Ruben Şaken

2.000.000

3

Aleksandr Amisulaşvili

1.800.000

4

Dmitri Bezotosnı

1.700.000

5

Kaue

1.400.000

6

Roçard Almeyda

1.300.000

7

Çumbinyo

1.250.000

8

Ernest Nfor

1.200.000

9

Manuel Skarlatake

1.000.000

10

Ekiqo Ehiosun

1.000.000

11

Aleqsandru Benqa

1.000.000

12

Cihan Özkara

900.000

13

Alfred Sanko

900.000

14

Aleksiy Qay

800.000

15

Adrian Ropotan

800.000

16

Melli

800.000

17

Voyislav Stankoviç

750.000

18

Mixail Sivakov

700.000

19

Ruslan Fomin

700.000

20

Leroy Corc

700.000

21

Reynaldo Silva

700.000

22

Saşa Stamenkoviç

700.000

23

Rəşad Sadıqov

650.000

24

Benjamin Lambot

650.000

25

Marko Stanoyeviç

650.000

Rəşad yerli futbolçuların ən bahalı "onluğ"una da başçılıq edir. Onu "Xəzər Lənkəran"ın kapitanı Rahid Əmirquliyev izləyir - 500 min avro. "İnter"in oyunçuları - Elvin Məmmədov və Əfran İsmayılova, həmçinin "Xəzər Lənkəran"ın üzvü Rasim Ramaldanova 400 min avro qiymət qoyulub.

№

Komanda

Dəyəri (avro)

1

Rəşad Sadıqov

650.000

2

Rahid Əmirquliyev

500.000

3

Elvin Məmmədov

400.000

4

Əfran İsmayılov

400.000

5

Rasim Ramaldanov

400.000

6

Elnur Abdullayev

350.000

7

Səlahət Ağayev

350.000

8

Nizami Hacıyev

350.000

9

Cavid Hüseynov

300.000

10

Maksim Medvedev

300.000

11 

İlqar Qurbanov

300.000

 12

Vüqar Nadirov

300.000

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər