Azərbaycanın dörd hakimi güləş üzrə dünya çempionatına təyinat aldı

Azərbaycanın dörd hakimi güləş üzrə dünya çempionatına təyinat aldı

İyulun 27-dən avqustun 2-dək Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatında Azərbaycanı təmsil edəcək hakimlər müəyyənləşib.

Fanat.Az xəbər verir ki, bir həftə Milli Gimnastika Arenasında davam edəcək mötəbər yarışda I-S kateqoriyalı hakim Sədi Quliyev, həmçinin I kateqoriyalı referilər Kamran Əliyev, Əli Babayev və Zaur Şərifov ədaləti qoruyacaq.

Ümumilikdə dünya çempionatında görüşləri 68 hakim idarə edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər