Azərbaycanın iki idmançısı dopinqə görə cəzalandı - YENİLƏNİB

Azərbaycanın iki idmançısı dopinqə görə cəzalandı - YENİLƏNİB
Daha bir Azərbaycan idmançısı antidopinq qaydalarını pozduğu üçün 1 illik idmandan uzaqlaşdırılıb.
Fanat.Az xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) məlumat yayıb. Belə ki, cüdoçu Könül Əliyeva dopinqdən istifadə etdiyi üçün cəzalandırılıb.
Onun cəzası fevralın 19-dan hesablanır.
 
14.25
Azərbaycan taekvondoçusu Ramin Əzizov 24 aylıq diskvalifikasiyaya məruz qalıb. 
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, buna idmançının orqanizmindən istifadəsi qadağan edilmiş kannabinoidlər və Carboxy-THC maddəsi tapılması səbəb olub. 
İdmançıdan alınmış nümunədə qadağan edilmiş maddə və ya onun metabolit yaxud markerlərinin mövcudluğu təsbit edilib. Fevralın 25-dən qüvvəyə minmiş cəza 25 fevral 2022-ci ildə başa çatacaq. 
Qeyd edək ki, AMADA daha öncə cüdoçu Könül Əliyevanı dopinqə görə bir illik cəzalandırıb. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər