Azərbaycanın 4 güləşçisibeynəlxalq turnirdə medal qazanıb

Azərbaycanın 4 güləşçisibeynəlxalq turnirdə medal qazanıb

Azərbaycanın 4 güləşçisi Türkiyənin Kocaeli şəhərində təşkil olunan Hasan Gemici və Qazanfer Bilgenin xatirə turnirində medal qazanıb.

Fanat.Az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, sərbəst güləşdə Xetaq Karsanov (125 kq) gümüş, Ramik Heybətov (70 kq) bürünc medal qazanıb.

Yunan-Roma güləşində isə 130 kq-da yer alan milli üzvləri ilk "3-lük"də qərarlaşıblar. Sərxan Məmmədov gümüş, Beka Kandelaki bürünc medalı boynundan asıb.

Qeyd edək ki, yarışa sabah yekun vurulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər