Azərbaycanda nadir idman obyekti tikilir - FOTOLAR

Azərbaycanda nadir idman obyekti tikilir - FOTOLAR
Gəncədə Olimpiya İdman Parkının inşası geniş vüsət alıb.
Mövcud layihəyə əsasən Gəncə Olimpiya İdman Parkı böyüklüyünə və xidmət səviyyəsinin müxtəlifliyinə görə MDB məkanında yeganə belə idman obyekti olacaq.
Burada idmanın bir çox növləri ilə məşğul olmaq mümkün olacaq. Əsas idman sarayında 1500 nəfər tamaşaçı tutumlu idman salonu yerləşəcək. Həmçinin kompleks böyük üzgüçülük hovuzuna malik olacaq.
Kompleksin əsas idman qurğusu 4 mərtəbəli olacaq. Binanın alt hissəsində 10 metrədək hündürlüyü olan zirzəmi otaqları yerləşəcək.
Gəncə Olimpiya İdman Parkında beynəlxalq standartlara uyğun böyük futbol stadionu, basketbol, voleybol və tennis meydançaları inşa ediləcək. Kompleksin inşasının təməl işləri artıq başa çatıb. Obyektin hazır olacağı tarix növbəti mərhələlər başa çatdıqdan sonra bəlli olacaq. (oxu.az)
 
Azərbaycanda nadir idman obyekti tikilir - FOTOLAR Azərbaycanda nadir idman obyekti tikilir - FOTOLAR Azərbaycanda nadir idman obyekti tikilir - FOTOLAR Azərbaycanda nadir idman obyekti tikilir - FOTOLAR Azərbaycanda nadir idman obyekti tikilir - FOTOLAR
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər