Azərbaycanda baş redaktorun anası koronavirusdan dünyasını dəyişdi

Azərbaycanda baş redaktorun anası koronavirusdan dünyasını dəyişdi
İdman jurnalisti, supersport.az saytının baş redaktoru Anar Cəfərsoyun anası Zöhrə Cəfərova koronavirus xəstəliyindən dünyasını dəyişib.
Dünən axşam 69 yaşında vəfat edən Z.Cəfərova Ağdamın kəndində dəfn ediləcək.  
Qeyd edək ki, həmkarımızın anası böyrək çatışmazlığından əziyyət çəkib. Koronavirusa yoluxması onun səhhətini daha da ağırlaşdırıb.
Xatırladaq ki, Anar özü də hazırda koronavirusdan xəstəxanada müalicə alır.
Fanat.Az kollektivi Zöhrə xanımın vəfatından kədərləndiyini bildirir, Anar Cəfərsoya dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər